Metyu Brayza: \"Mən anlaya bilmirəm ki, ermənilər mənə qarşı niyə kampaniya aparır?\"
\"Mən erməni olsaydım, öz namizədliyimə səs verərdim\". Bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza erməni lobbisinin onun səfir seçilməsi ilə bağlı narahatlığına münasibət bildirərkən deyib. SİA-nın xəbərinə görə, diplomat bildirib ki, erməni lobbisinin narahatlığı əbəsdir.
Hər zaman Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tərəfdarı olduğunu deyən səfir: \"Mən bunu anlaya bilmirəm ki, ermənilər mənə qarşı niyə kampaniya aparır? Amma düşünürəm ki, bu bir qrup şəxsin mövqeyidir\", - bildirib.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB