Türklər Fransa parlamenti qarşısında etiraz aksiyası keçirib

Türklər Fransa parlamenti qarşısında etiraz aksiyası keçirib
Səhər saat 6-dan etibarən Fransada və başqa Avropa ölkələrində yaşayan türklər parlament qarşısında qərarın qəbul ediləcəyi anı gözləyirdi. 38 parlament üzvünün lehinə olaraq səs verib qəbul etdiyi qanundan sonra çöldə toplaşan türklər nümayişə başlayıb. Onlar əllərində yazılı plakat tutaraq "Fransa verilən qərarı geri götürsün"şüarı ilə çıxış ediblər. Verilən qərardan sonra Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Fransaya bir sıra sanksiyalar tətbiq edəcəyi gözlənilir. Verilən məlumata əsasən Ərdoğan məsələ ilə bağlı bu gün qərarını bildirəcək. Türkiyə rəsmilərinin atacağı ilk addım isə Fransada olan Türkiyə səfirinin geri çağrılacağı və Fransa şirkətləri ilə olan iş birliyinin ləğv olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə