Azərbaycan prezidenti Latviya və Monteneqronun sabiq dövlət başçılarını qəbul edib

Azərbaycan prezidenti Latviya və Monteneqronun sabiq dövlət başçılarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Latviya Respublikasının sabiq Prezidenti, "Zatlersin İslahatları Partiyası"nın sədri Valdis Zatlersi qəbul edib.

Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Prezident İlham Əliyevlə Valdis Zatlersin bundan əvvəlki görüşləri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.


Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviçi qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Monteneqro Respublikası arasında ikitərəfli münasibətlərin son illər inkişaf edərək yaxşı səviyyəyə çatdığını deyib. Bu yaxınlarda Monteneqronun dövlət başçısının ölkəmizə, Azərbaycan nümayəndə heyətinin isə Monteneqro Respublikasına səfər etdiklərini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edib. Qısa vaxt ərzində əməkdaşlığımızın fəal şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev Milo Çukanoviçin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.


Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviç sonuncu dəfə 2006-cı ildə Prezident İlham Əliyevlə konfransda çıxışlar etdiklərini məmnunluqla xatırladıb. Azərbaycanda gedən sürətli inkişaf proseslərini diqqətlə izlədiyini deyən Milo Çukanoviç ölkə daxilində əldə olunan böyük uğurlara və Azərbaycanın beynəlxalq aləmdə tutduğu mövqeyə görə dövlətimizin başçısını təbrik edib.


Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə