Artur Rasizadə Gürcüstana səfərə yola düşüb

Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstana səfər edib. SİA-nın məlumatına görə, səfərdə məqsəd bu gün Tiflisdə keçiriləcək Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında iştirak etməkdir.

Qeyd edək ki, komissiyanın iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın bir sıra aspektləri, o cümlədən energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin mühafizəsi, informasiya texnologiyaları və digər məsələlər müzakirə olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə