Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 19-da Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının həmsədri Xose Klaveriya de Venesiyanı qəbul edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə parlamentin spikeri bildirib ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələr təqdirəlayiqdir. Azərbaycanın iqtidar partiyasının 200-ə yaxın siyasi qurumu özündə birləşdirən belə bir nüfuzlu təşkilatın Daimi Komitəsinin üzvü olması çox önəmlidir.
Xose Klaveriya de Venesiya təmsil etdiyi qurumla YAP arasında yaranmış əlaqələri yüksək qiymətləndirib, gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə layihələr həyata keçirmək fikrində olduqlarını söyləyib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB