ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasyenin səlahiyyət müddəti başa çatıb. Bernar Fasye bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. "ATƏT-in Minsk Qrupunu tənqid etmək lazım deyil. Biz tərəflərə həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində görüşmək və bütün məsələləri müzakirə etmək üçün çox aktiv işləmişik. 2007-ci ilin sonlarında biz baza prinsiplərini təqdim etdik, daha sonra bu prinsiplərin yenilənmiş variantını təklif elədik. O vaxtdan bu prinsiplər ətrafında çoxlu diskussiyalar aparılıb. Təəssüf ki, Kazan görüşünə kimi mövcud olan ümidlər özünü doğrultmadı. Vasitəçilik – çətin missiyadır, çünki vasitəçilər eyni zamanda hər tərəfdən "zərbə alırlar". Belə münaqişələri nizamlamaq çox mürəkkəb işdir və danışıqlar prosesində iştirak edən bütün şəxslərdən bütün aspektlər üzrə razılıq almaq çox çətindir. Amma hər halda ümidləri itirmək olmaz. Tərəqqi əldə olunacağına hələ ümid var. Qeyd edək ki, Bernar Fasyeni ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri postunda Jak For əvəzləyəcək. Bernar Fasye bu vəzifəni 7 il icra edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB