Prezident İlham Əliyev Qətər Əmirini və vəliəhdini təbrik edib

Prezident İlham Əliyev Qətər Əmirini və vəliəhdini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Al Taniyə və Qətər Dövlətinin Vəliəhdi şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. Qətər Əmirinə ünvanlanan məktubda deyilir: \"Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Əminəm ki, bu ənənələri daim yaşatmaq, əlaqələrimizi hərtərəfli genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik\".

Prezident İlham Əliyev şeyx Həməd bin Xəlifə Al Taniyə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Qətər xalqına əmin-amanlıq və rifah diləyib: \" Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı və möhkəmlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza sülh və tərəqqi arzulayıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə