Ağdaş və Masallı rayonlarına yeni prokuror təyin olundu

Ağdaş və Masallı rayonlarına yeni prokuror təyin olundu
Azərbaycanda iki rayona yeni prokuror təyin olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun SİA-ya verilən məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Mirələkbər Seyidov tutduğu vəzifədən azad olunaraq Ağdaş rayon prokuroru, Qaradağ rayon prokurorunun müavini Fikrət Əsgərov isə Masallı rayon prokuroru vəzifələrinə təyin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə