Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. SİA-nın xəbərinə görə, bununla bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, müsabiqənin əsas istiqamətləri İnsan hüquqları və demokratiya məsələlərinə dair təşəbbüslər, Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili, Təhsil və mədəniyyətin inkişafına və "Eurovision- 2012" mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstək, Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması istiqamətində təşəbbüslər, qadın, uşaq və gənclərin inkişafına, ailə institutunun möhkəmlənməsinə və korrupsiya, insan alveri, narkomaniya və terrorizmlə mübarizəyə həsr olunmuş təşəbbüslərə dəstək, Region QHT-lərinin təşəbbüslərinə dəstək, Sosial problemlərin həllinə və müharibədən zərər çəkənlərin sosial problemlərinin həllinə dəstəkdir. Qeyd olunub ki, müsabiqə siyasi, dini fəaliyyəti, ayrı-ayrı fərdlərə maddi yardımı və təhsil üçün təqaüdləri dəstəkləmir. Fərasət Qurbanov ərizələrin son qəbulunun dekabrın 30-u saat 13.00-dək olduğunu bildirdi. O, müsabiqə ilə bağlı daha ətraflı məlumat almaq üçün Şuranın katibliyinə müraciət edilməsini də sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB