Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən proseslər müzakirə olunub

Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən proseslər müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin baş katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İsrail rəsmisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə E. Məmmədyarova təbriklərini çatdırıb.

R. Barak iki ölkə arasında diplomatik münasibətlərin 20 il öncəyə söykəndiyini bildirərək, əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

E. Məmmədyarov Azərbaycanla İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu qeyd edərək, siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə Yaxın Şərq və Cənubi Qafqazda cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə