Səfa Mirzəyev: "Növbəti parlament seçkilərində müəyyən səs faizi toplamış partiyalar dövlət tərəfindən maliyyələşdiriləcək" - MÜNASİBƏT
Növbəti parlament seçkilərində müəyyən səs faizi toplamış partiyalar dövlət tərəfindən maliyyələşdiriləcək. Bunu jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
S.Mirzəyev bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanla Venesiya Komissiyasının müzakirələri zamanı razılığa gəlinib. Onun sözlərinə görə, Azərbaycanın yeganə razılaşmadığı məsələ partiyaların əcnəbilər tərəfindən yaradılması və maliyyələşdirilməsidir.
Aparat rəhbəri deyib ki, bu, Venesiya Komissiyası tərəfindən təklif edilib, Azərbaycan isə buna razılıq verməyib. Azərbaycan tərəfi Venesiya Komissiyası ilə yenidən hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsini müzakirə edib.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB