Azərbaycanda prokurorluq orqanlarında bəzi yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun SİA-ya verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə baş prokurorun köməkçisi Yusif Cəlilli Xaçmaz rayon prokuroru vəzifəsinə təyin olunub.
Yardımlı rayon prokuroru vəzifəsini icra edən Natiq Abdullayev Lənkəran rayon prokuroru, Lənkəran rayon prokuroru vəzifəsini icra edən Ramiz Nəbiyev isə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB