Şirvan şəhərində ulu öndərin xatirəsi anılıb - FOTOSESSİYA

Şirvan şəhərində ulu öndərin xatirəsi anılıb - FOTOSESSİYA

Bu gün dünyanın hər yerində Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin anım mərasimləri keçirilir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ümummilli liderin vəfatının 8-ci il dönümü Şirvan şəhərində də qeyd edilib.


Anım mərasiminə şəhər rəhbərliyi, idarə və müəssisə rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar qatılıblar.


İcra Hakimiyyətinin başçısı Mərdan Camalov ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Sonra ictimaiyyət nümayəndələri abidəni ziyarət edərək önünə gül dəstələri düzərək Heydər Əliyevin xatirəsini yad ediblər.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə