Almaniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Almaniyanın Maqdeburq şəhərində ümummilli lider
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın
xəbərinə görə, Almaniyanın Saxsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan
Mədəniyyət Cəmiyyətinin və Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi
Şurasının təşəbbüsü və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin,
Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin dəstəyi ilə baş tutub.
Tədbirdə hər iki təşkilatın üzvləri, eləcə də digər icmalardan olan cəmiyyət sədrləri iştirak ediblər. Anım mərasiminin açılışında Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnits-Niftəliyev ümummilli lider Heydər Əliyevin həyat yolundan, Azərbaycanın inkişafı üçün göstərdiyi xidmətlər barədə məruzə ilə çıxış edib. Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə