Azərbaycanın Misirdəki Səfirliyində ümummilli liderin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib

Azərbaycanın Misirdəki Səfirliyində ümummilli liderin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib

Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Misirdə yaşayan Azərbaycan icmasının üzvləri, Qahirə, Ayn-Şəms və Əl-Əzhar Universitetlərində təhsil alan azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.

Məraismdə çıxış edən səfir Şahin Abdullayev ümummilli lider Heydər Əliyevin şanlı həyat yoluna nəzər salıb və müasir Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyini diqqətə çatdıran səfir Heydər Əliyev dühasının və irsinin xalqın yaddaşında əbədi olaraq xoş xatirələrlə qalacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə