"Senat komissiyası mənim namizədliyimi təstiqləməsə, onda digər şeylər barədə düşünmək vaxtıdır"Ⅶ. Bu sözləri müsahibəsində ABŞ-nın Azərbaycandakı səfiri Metyu Brayza deyib. Azərbaycandakı bir illik səfirlik dövrünün yadda qalan müddət olduğunu deyən Brayza gələcəkdəki fəaliyyətinin də regionla bağlı olacağına ümüd edir.
"Əlbəttə, mən narahatlıq hissi keçirirəm. Bu il bitir və bizim işimiz də bitir, bəlkə də Senatda səsvermə olmadı, biz hamıımz gözləyirik. Senat öz işini çox bir tez zamanda bitirməlidir. Əgər mənim namizədliyim səsvermədə təstiqlənməsə, onda başqa şeylər barədə düşünmək vaxtıdır",- deyə vurğulayıb.
Amerikada yaşayan azərbaycanlılar Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna təsdiqlənməsi üçün kampaniyaya start verərək Senat üzvlərinə məktub göndəriblər. Metyu Brayzanın namizədliyin təstiqlənməməsi üçün Amerikanın Erməni Milli Konqressi kampaniyaya start verib. Təşkilatın icraçı katibi Aram Hamparyan Konqressin saytına yerləşdirilmiş məlumatda yerli erməni fəallarını amerikalı senatorlara onların Brayzanın namizədliyinin əleyhinə çıxış etmələri üçün elektron məktublar göndərməyə çağırıb.
Onlar Brayzanın Türkiyə və Azərbaycanla yaxın münasibətdə olduğunu, milliyyətcə türk olan siyasi şərhçi Zeyno Baranla evliliyini göstərirlər. Brayzanın özü ABŞ-dakı ermənilərin çox hissəsinin, hətta Ermənistan hökümətinin ona qarşı müxalif mövqedə olmadığını deyərək, bu cür kampaniyalara münasibətini bildirdi.
"Mən belə kampaniyaların aparılmasını qəbul edirəm. Açığı, qəbul edib, etməmək mənlik deiyl. Eşidəndə ki, ermənilər tərəfindən mənə qarşı belə güclü müxalifət mövcuddur, çox təcüblənmişdim. Düzünü deyim, gözləmirdim",- deyə Brayza vurğulayıb.
Brayzanın səfir təyinatından əvvəl ABŞ səfirinin Azərbaycandakı postu il yarım müddətində boş qalıb. Prezident Barak Obama konstitusiya ilə ona verilən hüquqdan istifadə edərək, bu posta keçən il Metyu Brayzanı təyin edib. O, 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi köməkçisinin müavini işləyib. Bu vəzifədə Brayza Cənubi Qafqaz və Cənubi Avropa ilə əlaqələrə cavabdeh idi. O, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli səylərinə və Qara dəniz və Xəzər dənizi regionlarında ABŞ-ın enerji siyasətinə rəhbərlik edib. O, 2006-2009 illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi xidmət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB