Prezident İlham Əliyev Burkina-Fasonun Prezidentinə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Burkina-Fasonun Prezidentinə təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Burkina-Fasonun Prezidenti Blez Kompaoreyə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbnərinə görə, dövlət başçısının məktubunda deyilir: "Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında təşəkkül tapmış dostluq münasibətləri daim inkişaf edərək əməkdaşlıq imkanlarımızı genişləndirəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə