Azay Quliyev: “Yedinaya Rossiya”nın qələbə qazanması Vladimir Putinin prezident seçkilərində qalib gəlməsi üçün zəmin yaradacaq"

Azay Quliyev: “Yedinaya Rossiya”nın qələbə qazanması Vladimir Putinin prezident seçkilərində qalib gəlməsi üçün zəmin yaradacaq"

"Rusiya Dövlət Dumasına seçkilər ümumilikdə, şəffaflığa riayət olunmaqla demokratik şəraitdə keçdi. Bir neçə seçki məntəqəsində şahidi olduğumuz bəzi qanun pozuntuları istisna olmaqla səsvermənin gedişi normal oldu". Bu fikirləri ATƏT PA-nın müşahidə missiyasının tərkibində Rusiyada keçirilən seçkiləri müşahidə etmiş Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyevin fikrincə, Dövlət Dumasına seçkinin nəticəsi seçici iradəsini özündə əks etdirir. Onun sözlərinə görə, Rusiyadan fərqli olaraq Azərbaycanda seçkilərin texniki baxımdan təşkil olunması məsələsi daha çox inkişaf edib. Məsələn, Azərbaycanda seçkilərin şəffaflığı daha yüksək səviyyədə təmin olunur, həmçiin seçki texnologiyaları daha yüksək səviyyədədir.

"Seçkilərin nəticələrinə əsasən, "Yedinaya Rossiya" partiyası irəlidədir. Əlbəttə ki, bu, bu partiyanın 2012-ci ilin martında bu ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək. Hesab edirəm ki, "Yedinaya Rossiya"nın Dövlət Dumasına seçkilərdə qələbə qazanması Vladimir Putinin 2012-ci il prezident seçkilərində qalib gəlməsi üçün zəmin yaradacaq. Rusiyanın Azərbaycana münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, Bakı üçün Rusiya hər zaman strateji tərəfdaş rolunu oynayıb. Əlbəttə ki, Azərbaycan "Yedinaya Rossiya"dan bu partiyanın Qarabağ nizamlanması ilə bağlı siyasətində müəyyən dəyişiklər etməsini gözləyir", - deyə A.Quliyev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə