Millət vəkili: “Dağlıq Qarabağ probleminin ətrafında böyük dövlətlər arasında nüfuz müharibəsi gedir”

Millət vəkili: “Dağlıq Qarabağ probleminin ətrafında böyük dövlətlər arasında nüfuz müharibəsi gedir”

ATƏT öz üzərinə götürmüş olduğu missiyanı yerinə yetirmir. SİA-nın xəbərinə görə, bu sözləri millət vəkili Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, bu, düşünülmüş şəkildə edilir. Belə ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı BMT-nin ona vermiş olduğu mandatdan istifadə edib status kvonu Ermənistanın xeyrinə quruyub saxlamağa çalışır: "Deyərdim ki, buna nail olub. Ermənistan ATƏT-in Minsk Qrupunun qeyri-obyektiv, ədalətsiz mövqeyinə güvənərək qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Azərbaycan torpaqlarında işğalçılıq siyasətini həyata keçirir".

Millət vəkili hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərkibinin dəyişdirilməsi əvəzinə fəaliyyət istiqamətləri genişləndirməlidirlər: "Hazırda Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin ətrafında böyük dövlətlər arasında nüfuz müharibəsi gedir. Bu zəmində hesab edirəm ki, həmsədrlər fəaliyyətsizliklərinə son verməli və konkret addımlar atmalıdırlar",-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə