Mübariz Qurbanlı: “Həmsədrlərin son bəyanatı Ermənistana ciddi təzyiqlər ediləcəyini söyləməyə əsas verir”

Mübariz Qurbanlı: “Həmsədrlərin son bəyanatı Ermənistana ciddi təzyiqlər ediləcəyini söyləməyə əsas verir”

Dağlıq Qarabağ münqişəsinin həlli ilə bağlı təşəbbüslər artmaqdadır. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ATƏT-in Minsk qrupu həmsədrlərinin Vilnüsdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda Cənubi Qafqazda mövcud proseslərin axarı münaqişənin həllini zəruri edir: "Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayınca Qərblə Şərq arasında iqtisadi məsələlərin həllində böyük bir əngəl mövcud olacaq. Ona görə həmsədr ölkələr xüsusilə Amerika Birləşmiş Ştatları münaqişənin nizamlanmasında olduqca maraqlıdır və həmsədrlərin münaqişənin həlli ilə bağlı açıqlamaları Ermənistana ciddi təzyiqlər ediləcəyini söyləməyə əsas verir".

ATƏT-in Minsk qrupu həmsədrlərinin əvəz edilməsi eyni zamanda Azərbaycanda və Ermənistanda baş tutacaq seçkilərin danışıqlar prosesinə təsirinə gəlincə millət vəkili: " Həmsədrlərin dəyişdirilməsi bütövlükdə prosesə ciddi təsir göstərə bilməz. Doğrudur, daha yüksək rütbəli və ya təcrübəli diplomatların bu işə cəlb edilməsi müəyyən təsir edə bilər amma bütövlükdə təsir edə bilməz. Çünki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri ATƏT qarşısında cavabdehdir və onlar öz diplomatlarını müəyyən edərkən ATƏT-lə razılaşır, eyni zamanda öz maraqlarına uyğun hərəkət edirlər. Ona görə, ATƏT-in Minsk qrupu həmsədrlərin və ya həmsədr ölkələrin dəyişməsi məsələyə ciddi təsir göstərə bilməz", - deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə