Fikrət Akçura: \"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur\"

\"Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur\". SİA-nın verdiyi xəbərə görə, bu sözləri BMT İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura bildirib. Onun sözlərinə görə, Azərbaycan orta insani inkişaf kateqoriyasından yüksək kateqoriyaya keçib və keçmiş sovet respublikalarından yalnız Azərbaycan bu yüksək inkişafa nail olub. O həmçinin vurğulayıb ki, Azərbaycanda ərzaq məhsulları indeksi xeyli artıb və bu indekslə yanaşı biz əsasən taxıl və heyvandarlıq sahəsində artım müşahidə etmişik: "Hökümətin yoxsulluğun azaldılması strategiyasına nəzər saldıqda bu sahədə Azərbaycanın mövcud vəziyyəti yaxşıdır", - deyə Akçura qeyd edib.Onun sözlərinə görə, Azərbaycanda qadınlar iqtisadi sahədə daha çox yer tutublar. "Məşğulluq sahəsində Azərbaycandakı qadınlar qonşu ölkələrlə müqayisədə daha az çətinliklər və maneələrlə üzləşirlər. Qadın deputatlarının sayında da artım müşahidə edilir",- o deyib.Eyni zamanda rezident əlaqələndirici qeyd edib ki, ölkədə görüləsi işlər də vardır. "İnsan ömrünün daha da uzadılması və 5 yaşadək olan uşaqların arasında ölüm sayının azaldılmasına nail olmaq lazımdır". Onun sözlərinə görə, səhiyyə xərclərinin ÜDM-a nisbətinə nəzər salsaq, görərik ki, Azərbaycan orta gəlirli ölkələrlə müqayisədə səhiyyəyə kifayət qədər pul xərcləyir.

Həmçinin tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, 2015-ci ilədək yoxsulluq səviyyəsinin 2 dəfə azaldılması nəzərdə tutulur. Ş. Mustafayev müstəqillik dövründə iqtisadiyyatda əldə olunmuş nailiyyətlər barədə də məlumat verib.

İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə