SAM Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçirir

SAM Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi illik yekunlarına həsr olunmuş beynəlxalq konfrans keçirir

Bu gün Strateji Araşdırmalar Mərkəzi (SAM) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə "Müstəqilliyin iyirmi illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın verdiyi xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra qazanılmış nailiyyətlərə, ölkədə həyata keçirilən sosial-siyasi, iqtisadi və mədəni islahatlara nəzər salmaq, gələcək inkişaf prioritetlərinə və ssenarilərinə baxışın müəyyən edilməsinə dair fikir mübadiləsi aparmaqdır.


Konfransın əsas müzakirə mövzuları - İqtisadi artım və yoxsulluğun azaldılması, insan inkişafında nailiyyətlər və Minilliyin İnkişaf Məqsədləri, neft strategiyası – tətbiqi və gələcək planlar, davamlı inkişaf üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, quruculuq naminə resursların istifadəsi, mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğunun növbəti addımları, biliklərə əsaslanan dövlət quruculuğu, qadınların cəmiyyətdə və iqtisadiyyatda bərabər tərəfdaşlığı, növbəti nəslin profili–gənclər Azərbaycanın gələcəyi üçün, çoxşaxəli iqtisadiyyatda məhsuldar aqrobiznes, artımın və ətraf mühitin mühafizəsinin balanslaşdırılması, qloballaşma və rəqabətli iqtisadiyyat şəraitində iş yerlərinin yaradılması, turizm – diversifikasiyanın aparıcı qüvvəsi, Azərbaycanın çoxşaxəli iqtisadiyyatına aparan yollar və s. məsələlərdir.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə