Azərbaycan və Litva arasında diplomatik pasportu olan şəxslər üçün viza rejiminin ləğvi haqqında saziş imzalanıb

Azərbaycan və Litva arasında diplomatik pasportu olan şəxslər üçün viza rejiminin ləğvi haqqında saziş imzalanıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Litvanın xarici işlər naziri Audronyus Ajubalis diplomatik pasportu olan şəxslər üçün viza rejiminin ləğvi haqqında saziş imzalayıb. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, imzalanma mərasimindən əvvəl nazirlər arasında ikitərəfli görüş keçirilib.

Görüşdə E.Məmmədyarov və A.Ajubalis ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə ediblər, eləcə də Vilnüsdə keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci iclasına dair fikir mübadiləsi aparıblar.

İmzalanmadan sonra jurnalistlərə açıqlama verən E.Məmmədyarov bildirib ki, saziş Azərbaycan və Litvanın diplomatik pasportu olan şəxslər üçün viza rejiminin ləğvini nəzərdə tutur: "Gələcəkdə xidməti pasportu olan şəxslərlə də bağlı müvafiq saziş imzalamağa hazırıq"

Bütün xəbərlər Facebook səhifəmizdə