Prezident İlham Əliyev İsveç və Xorvatiyanın Azərbaycandakı səfirlərinin etimadnamələrinin qəbul edib

Prezident İlham Əliyev İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonun etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycanla İsveç arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı ölkələrin "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində sıx əməkdaşlıq etdiyini bildirib. Prezident ikitərəfli münasibətlərin Azərbaycan-NATO əməkdaşlığı baxımından önəmini də qeyd edib.

Öz növbəsində, M. Eriksson ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

Prezident İ. Əliyev bu gün Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Hrastiçin də etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident Azərbaycanın ikitərəfli əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Öz növbəsində, D. Hrastiç Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə