Bu gün Azərbaycan Dillər Universitetində (ADU) professor, BDU-nun Kitabxanaçılıq kafedrasının müdiri Abuzər Xələfovla görüş keçirilib. SİA-nın xəbərinə görə, 80 illik yubileyi ərəfəsində A.Xələfovla keçirilən görüşdə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov, eləcə də digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri iştirak edib.
Dəyərli ziyalı, yüzlərlə tələbə yetişdirmiş insanla görüşü əlamətdar gün kimi xarakterizə edən rektor rəhbərlik etdiyi ali təhsil ocağının kitabxanasının formalaşmasında A.Xələfovun müstəsna fəaliyyətini önə çəkib. O, bildirib ki, kitablarla, kitabxanalarla ünsiyyəti öyrədən şəxslə münasibətdə olmaq çox əhəmiyyətlidir. Çıxışının sonunda Səməd Seyidov Abuzər Xələfova fəxri diplom və noutbuk hədiyyə edib.
Sonra çıxış edən A.Xələfovun müxtəlif dövrlərdə tələbələri olan müxtəlif kitabxanaların müdir və nümayəndələri öz müəllimləri haqqında xoş sözlər söyləyib və ona uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB