Qarabağ bölgəsindədə bəzi bələdiyyələrə yeni seçkilər keçirilib

Qarabağ bölgəsindədə bəzi bələdiyyələrə yeni seçkilər keçirilib

Qarabağ bölgəsindədə bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilib. SİA-nın Qarabağ bürosunun əməkdaşları Bərdə, Ağdam və Tərtər rayonlarında yerləşən bir sıra seçki məntəqələrində olub. 94 saylı Bərdə kənd seçki dairəsində 10 məntəqədə seçki keçirilib. 8 Bələdiyə yeri üzrə 34 namizəd qeydə alınıb. Rayonun Şirvanlı , Mollalı, Qarayusifli, Mehtili,Qaradəmirci, Xəsilli, Hacıəhmədli və Məmmədli kəndlərində seçkilər keçirilib. Qeyd edək ki, rayonda seçkiləri 100-ə yaxın yerli müşahidəçi izləyib. Seçki məntəqələrində 8 min 440 seçici iştirak edəcək. 95 saylı Tərtər seçki dairəsində bir bələdiyyə üzrə seçkilər keçirilib. Rayonda Bələdiyyə seçkilərində 4 namizəd mübarizə aparıb.1753 nəfər seçici seçkilərdə iştirak edəcək. Qaradağlı Bələdiyəsi ərazisində iki məntəqə yaradılıb. Burada seçkiləri 20 nəfər yeli müşahidəçi izləyib. 119 saylı Ağdam kənd seçki dairəsində də bir məntəqə üzrə seçkilər keçirilib. Ergi kənd məntəqəsi üzrə 4 nəfərin namizədliyi qeydə alınıb.1024 nəfər seçici var.Səhər saatlarından başlayaraq seçici aktivliyi müşahidə edilən məntəqədə 10 yaxın müşahidəci seçkiləri izləyir.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə