Tovuz, Ağstafa və Qazax rayonlarında keçirilən seçkilər davam edir

Tovuz, Ağstafa və Qazax rayonlarında keçirilən seçkilər davam edir
Tovuz, Ağstafa və Qazax rayonlarında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni keçirilən seçkilər davam edir. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb.
Dairə seçki komissiyalarından verilən məlumata görə, saat 12.00-dək 105 saylı Tovuz seçki dairəsinin 5 məntəqəsində səsvermədə iştirak etməli olan 5 min 271 seçicinin 616 nəfəri, yəni 11,6 faizi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 1 məntəqəsində səsvermədə iştirak etməli olan 1423 seçicinin 168 nəfəri, yəni 11,8 faizi, 107 saylı Qazax seçki dairəsinin 9 məntəqəsində səsvermədə iştirak etməli olan 11 min 230 seçicinin 1451 nəfəri, yəni 12,92 faizi, 108 saylı Ağstafa seçki dairəsinin 8 məntəqəsində səsvermədə iştirak etməli olan 9 min 174 seçicinin 1050 nəfəri, yəni 11,5 faizi artıq səsvermədə iştirak edib.
Verilən məlumatlara görə, heç bir məntəqədə qanun pozuntusu qeydə alınmayıb.
Seçkilərin gedişi hələlik yerli müşahidəçilər tərəfindən izlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə