"Gələn ay Parisdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında növbəti görüşün keçirilməsi gözlənilir".
Millət vəkili Rasim Musabəyov Berlində "Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü" adlı tədbir zamanı yeni görüşün yeri barədə təşəbbüsün Qarabağın azərbaycanlı icmasından gəldiyini söyləyib. Millət vəkili bildirib ki, Almaniyadakı son görüşə erməni icması qatılmamaqla əslində özlərinə ziyan vurdular: "Hamı gördü ki, Qarabağ yalnız ermənilərdən ibarət deyil. Azərbaycanlıların ermənilərlə birgə yaşayış ideyasını qəbul etmədikləri fikrinin mif olduğu bir daha təsdiqləndi".
R.Musabəyov bildirib ki, erməni icmasının bu hərəkəti almaniyalı təşkilatçılarda təəssüf hissi doğurub: "Berlin görüşündə biz öz mövqeyimizi çatdırdıq, erməni tərəfi isə görüşün formatına istinad edərək təmasdan qaçmış oldu. Beynəlxalq səviyyədə bir daha isbatlandı ki, azərbaycanlılar Qarabağda ermənilərlə birgə yaşayışa hazırdılar, ermənilər isə yox. Avropada bu amil ciddi qəbul olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB