Məzahir Pənahov: \"Azərbaycan seçki prosesində elektron səsvermədən istifadə etməkdə maraqlıdır\"
Azərbaycan seçki prosesində elektron səsvermədən istifadə etməkdə maraqlıdır. SİA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
"Ölkəmiz müasir texnologiyanın imkanlarından bəhrələnməyə hazırdır. Lakin bunun üçün seçki məcəlləsinə müvafiq əlavələr edilməlidir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Odur ki, seçki ilə əlaqədar qanunvericilikdə dəyişikliklər də bu qurumun ekspertləri ilə birgə işlənməlidir", - deyə MSK sədri qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB