YAP Xətai rayon təşkilatının hesabat xarakterli IX konfransı keçirilib - FOTOSESSİYA
Bugün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının hesabat xarakterli IX konfransı keçirilib. SİA-nın xəbərinə görə, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədovun və rayon təşkilatının nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov konfransın əhəmiyyətindən danışıb.
Rayon təşkilatının sədri bildirilib ki, ötən yüzilliyin 30 ili ərzində ölkəmizin inkişafı, qazanılmış nailiyyətlər Ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır: \"Artıq 19 ildir ki, YAP ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərir və bu gün cənab İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Ümumilli liderimiz Heydər Əliyevin sınaqlarından çıxmış siyasi kursun layiqli davamçısı, YAP-ın sədri, prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb".
Qeyd olunub ki, parlament seçkilərində rayon üzrə 4 seçki dairəsinin hər birindən YAP-ın siyasi xətti ilə 1 nəfər namizəd irəli sürülüb, onlardan 3 dairə üzrə (33,34,36) YAP-ın namizədləri qələbə çalıb: "Hal-hazırda YAP Xətai rayon təşkilatı öz ətrafında 145 ərazi ilk təşkilatını birləşdirir. YAP Xətai rayon təşkilatı üzvlərinin sayı 16130 nəfərdir. Partiya üzvlərinin 30 faizini, yəni 4754 nəfərini gənclər, 48,5 faizini, yəni 7819 nəfərini isə qadınlar təşkil edir".
Daha sonra çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov partiyanın yaranmasının tarixi keçmişindən danışıb. O bildirib ki, müasir Azərbaycan dövləti öz başlanğıcını məhz 1992-ci il noyabrın 21-də YAP-ın yaradılması tarixindən götürüb.
O həmçinin qeyd edib ki, müstəqil Azərbaycan ötən 20 il ərzində böyük inkişaf yolu keçib: "Bu gün Azərbaycan dövlət sarayı sözün əsl mənasında bütün əzəməti ilə dünyanın hər bir guşəsindən görünür. Bunun əsasını isə məhz cənab prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edib".
Konfransın sonunda isə digər qonaqların mühazirələri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB