Azərbaycanda səfərdə olan "Avropa Qəzetçilər Dərnəyinin" (AQD) baş direktoru Adnan Fişek, Türkiyə Böyük Millət Məclisinin dövlət müşaviri Cengiz Sağlam, "Başkent Platformu" qurumunun baş direktoru Mustafa Kurt, Azərbaycan əsilli tanınmış müğənni Nursaç Doğanişık, türk sənət musiqisinin məşhur ifaçısı Mehmet Özkaya Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva ilə görüşüblər.
SİA-nın xəbərinə görə, qonaqları Bakıda salamlamaqdan məmnunluq duyduğunu bildirən millət vəkili mədəniyyətin xalqlar, ölkələr arasında əlaqələr baxımından ən möhkəm körpü olduğunu qeyd etmişdi. O, mədəniyyətin özəlliklə, Türkiyə və Azərbaycan kimi iki qardaş ölkə arasında oynadığı rolun ikiqat təsirə malik olduğunu qeyd edərək, ulu öndər Heydər Əliyevin "biz bir millət, iki dövlət" kəlamını xatırladıb.
Görüşdə millət vəkili qonaqlara Azərbaycan, ölkəmizin tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, işğal etdikləri torpaqlarda törətdikləri vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib.
Azərbaycanda təsəvvür etdiklərindən daha artıq dərəcədə sevildiklərinin şahidi olmaqdan, Bakıya səfərdən və bu görüşdən çox məmnun olduqlarını bildirməklə sözə başlayan qonaqlar Azərbaycana səfərlərindən çox məmnun qaldıqlarını, Azərbaycanı sevdiklərini vurğuladılar. Azərbaycanda özlərini bir qərib ölkədə deyil, öz vətənlərindəki kimi hiss etdiklərini söylədilər və Azərbaycanın uğurlarının Türkiyənin uğurları olduqlarını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB