Rəsmi Bakı “Amnesty İnternational”ı qeyri-obyektivlikdə günahlandırdı
"Amnesty İnternational" təşkilatının Azərbaycan üzrə hesabatı birtərəfli, qərəzli, ayrı-ayrı şəxslərin fərdi fikirlərinə istinadən hazırlanıb. SİA xəbər verir ki, bunu müsahibəsində Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.
Onun sözlərinə görə, hesabatda əks olunan hadisələrə dair zəruri araşdırma aparılmayıb, hökumətin hesabatla bağlı qeydləri hesabatda əksini tapmayıb: "Obyektiv olmağa çalışan hər hansı bir təşkilat ən azı minimal balansı gözləməli idi. Bunu yalnız erməni lobbisinin təsiri altında qərəz və müəyyən düşmən dairələrin siyasi sifarişinin yerinə yetirilməsi kimi qiymətləndirmək olar. Məsələn, hesabatın 2.1-ci hissəsində "Transparency İnternational" təşkilatının 2010-cu il hesabatına istinad olunaraq Azərbaycanın korrupsiya ilə əhatə edildiyi göstərilir. Halbuki, "Transparency İnternational"-ın 2010-cu il hesabatında Azərbaycanın son illər ərzində korrupsiya ilə mübarizə sahəsində müəyyən nailiyyətlər əldə etdiyi qeyd olunub. Belə ki, ölkəmiz korrupsiyanı qavrama indeksinə görə 2008-ci illə müqayisədə 2009-cu ildə 15 pozisiya irəliləyib. 2010-cu ildə isə 9 pozisiya irəliləyərək 2,4 balla əvvəlki illərlə müqayisədə müsbət göstəriciyə nail olub".
Fuad Ələsgərov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində son illər həyata keçirilən kompleks tədbirləri nəzərə alaraq, rəsmi Bakı bu il də göstəricilərin kifayət qədər yüksəlməsini gözləyir: "2011-ci ildə görülən qanunvericilik və institusional islahatlar, sistemli tədbirlər isə 2012-ci ilin korrupsiyanı qavrama indeksində öz əksini tapacaq və ümid edirik ki, "Transparency İnternational" təşkilatı tərəfindən obyektiv qiymətləndirmə aparılacağı halda növbəti hesabatda korrupsiyanı qavrama indeksində əhəmiyyətli yüksəliş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB