Havaların qeyri-sabit keçdiyi müddətdə paytaxtın bəzi ərazilərdə qazla bağlı problemlə yaransa da havanın kəskin dəyişməsi, qarın yağması elektrik təsərrüfatına ziyan vurmayıb. Son iki gündə "Bakıelektrikşəbəkə" əhalinin elektrik təchizatı ilə tam təmin edilib.
"Bakıelektrikşəbəkə" ASC-dən SİA-ya verilən məlumata görə, Bakı şəhəri yüksək elektrik təchizatı ilə təmin olunur: "Kəskin soyuq gecən günlərdə elektrikin verilişi ilə bağlı heç bir problem yaranmayıb. "Bakıelektrikşəbəkə"nin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir və paytaxtın bütün rayonlarında briqadalar çalışır. Hər hansı bir problem yaranarsa, vətəndaşlar 199 nömrəsinə zəng edib məlumat verə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB