Argentinanın ictimai fikrə təsir göstərən liderlərinə Azərbaycan həqiqətləri çatdırılıb
Argentinanın ictimai fikrə təsir göstərən liderlərinə Azərbaycan həqiqətləri çatdırılıb. Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən verilən məlumata əsasən, Azərbaycanın Argentinadakı Səfirliyi Argentinada səfərdə olan Azərbaycan parlamentinin üzvləri Asim Mollazadə, Ceyhun Osmanlı, Mirkazım Kazımov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor-müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevin Argentinanın ictimai fikrə təsir göstərən liderləri, beyin mərkəzlərinin rəhbərləri, tanınmış analitiklər və jurnalistləri ilə işçi naharını təşkil edib.
Görüşdə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, bu yolda ölkənin qarşılaşdığı çətinliklər, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, bu münaqişənin nizamlanması imkanları, Azərbaycan xarici siyasətinin priorietləri, ölkəmizin enerji strategiyası, neft kapitalının insan kapitalına keçirilməsi istiqamətində aparılan işlər, Azərbaycanın inkişaf strategiyası, ölkəmizin regional inkişaf və inteqrasiyaya verdiyi töhfələr, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik, inkişaf və dialoqun təşviqi istiqamətində atacağı addımlar, ölkəmizdə müxtəlif din və mədəniyyətlərə münasibətdə mövcud yüksək tolerantlıq və Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələr, Azərbaycan-Argentina əməkdaşlığı və digər qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları bu müzakirələrin Azərbaycan həqiqətlərinin Argentina və Latın Amerikasında təşviqi istiqamətində önəmli olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB