Azərbaycan parlamentarları Latın Amerikasının ən iri yəhudi təşkilatının rəhbəri ilə görüblər

Azərbaycan parlamentarları Latın Amerikasının ən iri yəhudi təşkilatının rəhbəri ilə görüblər

Argentinada səfərdə olan Azərbaycan parlamentarları Latın Amerikasının ən iri yəhudi təşkilatının rəhbəri ilə görüblər. Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən SİA-ya verilən məlumata əsasən, Argentinada səfərdə olan millət vəkilləri Asim Mollazadə, Ceyhun Osmanlı və Mirkazım Kazımov Latın Amerikasındakı yəhudi icmasına məxsus ən iri təşkilatın - Argentina Yəhudi Assosiasiyaları Nümayəndəliyinin (Delegación de Asociaciones Israelitas Argentinas - DAİA) prezidenti Aldo Donzis ilə görüşüblər.

Görüşdə müstəqil Azərbaycanın keçdiyi yol, ölkəmizin regional və beynəlxalq siyasəti, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycanın regionda inkişaf və inteqrasiyanın təşviqindəki rolu, ölkəmizin inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılıb. Habelə, Azərbaycanın tarixən müxtəlif din və mədəniyyətlərin sülh şəraitində yaşadığı yüksək tolerantlığın hökm sürdüyü bir ölkə olduğu bildirilərək bunun ölkənin xarici siyasətində də təzahür etdiyi və bu xüsusda Azərbaycanın dünyada dinlərarası dialoqa verdiyi töhfə haqqında danışılıb.

Görüşdə Azərbaycan yəhudi icması, bu icmanın ölkəmizin ictimai-siyasi-mədəni həyatında oynadığı rol, habelə Azərbaycan-İsrail münasibətləri haqqında fikir mübadiləsi aparılıb.

Latın Amerikasında ən böyük yəhudi icmasının Argentinada olduğu və bu icma barədə məlumat verən DAİA prezidenti A.Donzis Azərbaycanın tolerantlıq səviyyəsi, habelə Azərbaycan-İsrail münasibətləri haqqında məlumatlı olduğunu da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə