Vitse-spiker millət vəkilinin çıxışına etiraz etdi: “Fikirlərinizi ifadə edərkən məsuliyyətli və diqqətli olun”

Vitse-spiker millət vəkilinin çıxışına etiraz etdi: “Fikirlərinizi ifadə edərkən məsuliyyətli və diqqətli olun”

"Milli Qəhrəmanların statusu haqqında qanun qəbul olunmalıdır". SİA-nın xəbərinə görə bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında Etibar Hüseynov çıxış edib. O bildirib ki, milli qəhrəmanlara və yaxud ailələrinə aylıq olaraq sadəcə 600 manat təqaüd verilir. Onların pensiyaları artırılmalıdır. Millət vəkili çıxışında qaçqın və məcburi köçkünlərin ünvanına iradlar da səsləndirib: "Onların bəziləri Bakıda villaları var, lakin qaz və elektrik haqlarını ödəmirlər".

İmamverdi İsmayılov isə həmkarının çıxışına etiraz edib.


Vitse-spiker Bahar Muradova da Etibar Hüseynova etiraz edib: "Biz siyasi ambisiyalarımızı reallaşdırmaq üçün burada əyləşməmişik. Bura Mili Məclisdir, monoloq yeri deyil. Fikirlərinizi ifadə edərkən məsuliyyətli və diqqətli olun. Qarabağdan qaçqınlar bura Bakını görmək üçün gəlməyiblər. Əgər burada kimsə villa tikibsə hökumətin yükünü azaldıb, yeni bir mülkiyyət yaradıb. Bu gün Bakı şəhərində öz yerində yaşayıb, vətəndaş öhdəliklərini yerinə yetirməyən vətəndaşlar da çoxdur. Onlara qarşı tədbir görülməlidir. Təklif verərkən onu bəzəməyə ehtiyac yoxdur."

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com