Prezident “Bakcell”in 3G xidmətinin işə salınması mərasimində iştirak edib

Prezident “Bakcell”in 3G xidmətinin işə salınması mərasimində iştirak edib
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti bu gün "BakuTel-2011" sərgisində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 3G xidmətlərini kommersiya istifadəsinə verib. Bu barədə şirkətin məlumatında deyilir.

"Prezident "Bakcell"in 3G xidmətlərini istismara verən "düymə"ni basıb. Bu an "Bakcell" şirkətinin və Azərbaycanın bütün mobil telekommunikasiya sektorunun inkişafının ən mühüm anlarından biridir", - deyə məlumatda "Bakcell"in baş icraçı direktoru Riçard Şirerə istinadən bildirilir.

3G mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziyanın "Bakcell" və "Azercell" şirkətlərinə verilməsi qərarı 2 noyabr 2011-ci ildə qəbul edilib. Bundan başqa, "Bakcell" və "B&BTV" şirkətləri arasında Azərbaycanda 3G xidmətlərinin göstərilməsi üçün müvafiq radiotezliklərin "Bakcell" şirkətinə verilməsinə dair razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə