Samux rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyev, məhkəmə, prokurorluq, DİN və MTN-in Samux rayon şöbələrinin rəsmiləri və digər qurumların rəhbərləri iştirak edib.
Vilyam Hacıyev Azərbaycan ədliyyəsinin qısa tarixinə nəzər salıb. Bildirilib ki, ölkəmiz ikinci dəfə müstəqillik əldə etdiyi ilk illər ədliyyə sahəsində durğunluq yaşanıb. Bu sahənin də inkişafı məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra baş verib. Burada çalışan şəxslərə dövlət tərəfindən hərtərəfili diqqət və qayğı göstərilib. Gənclərin bu sahəyə marağı da ayrılan diqqətin və qayğının nəticəsidir. Nəticə etibarı ilə bu gün Azərbaycan ədliyyə sistemi Avropanın ən qabaqcıl ədliyyə orqanlarından birinə çevrilib. Yeni gənc kadrlar formalaşır, regioanlarda bu sahədə işləyən vətəndaşların iş şəraiti yaxşılaşdırılır. Samux rayonunda ədliyyə işçiləri üçün tikiləcək yeni bina da deyilənlərə sübbutdur.
Tədbirdə ədliyyə sistemində çalışan işçilər bir daha təbrik olunub, onlara fəxri fərmanlar verilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB