AŞPA daimi komitəsinin iclası keçiriləcək

AŞPA daimi komitəsinin iclası keçiriləcək

Şotlandiyanın Edinburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclası keçiriləcək. SİA-nın xəbərinə görə, noyabrın 25-də keçiriləcək iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Rafael Hüseynov və Sahibə Qafarova daxildir. İclasda Bolqarıstanda, Qırğızıstanda prezident seçkiləri, Tunisdə parlament seçkilərinin nəticələri, əsas insan hüquq və azadlıqlarının vəziyyəti, kölgə iqtisadiyyatının demokratiya və qanunun aliliyinə yaratdığı təhlükə, silahlı münaqişələrin ətraf mühitə təsiri, qadınlara qarşı psixoloji və məişət zorakılığı, dini xarakterli ayrı-seçkilik formaları ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə Milli Məclisin deputatları Rafael Hüseynovun və Sahibə Qafarovanın məruzələri dinləniləcək, məruzələr ətrafında müzakirələr aparılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə