İsmayıllıda zəlzələ olub

Ötən gün İsmayıllı rayonunda axşam saatlarında 3,1 bal gücündə zəlzələ baş verib. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtı ilə saat 23:42-də olub. Onun episentri Şamaxı rayonunun Purqulu qəsəbəsindən 15 km qərbdə yerləşirdi. Yeraltı təkanlar Pirquluda 3,0 bala qədər hiss olunmuşdur.

Zəlzələ nəticəsində tikililərdə dağıntı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə