Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Livan Respublikasının prezidenti Mişel Süleymana təbrik məktubu göndərib.
SİA-nın verdiyi məlumata görə, məktubda deyilir: "Livan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Livan münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB