Samir  Cavadzadə 8 ilədək azadlıqdan məhrum edilə bilər

Samir Cavadzadə 8 ilədək azadlıqdan məhrum edilə bilər
2008-ci ildə Azərbaycanı "Eurovision" yarışmasında təmsil edən Samir Cavadzadə Bakını tərk etmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. SİA-nın məlumatına görə, S. Cavadzadə otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanıb.


Ona ölkəni tərk etməməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, S. Cavadzadə qeyri-qanunu ölkəni tərk edərək Rusiyaya getməyə cəhd edib. Nəsimi Rayon Məhkəməsi tərəfindən S. Cavadzadə həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.


Nəsimi rayon məhkəməsindən bildirildi ki, hazırda istintaq gedir: "İstintaq yekunlaşandan sonra məlumat veriləcək".


Qeyd edək ki, istintaqdan sonra məhkəmə S. Cavadzadənin törətmiş olduğu cinayəti sübuta yetirərsə S. Cavadzadəni 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.


Onu da deyək ki, hadisədən sonra hər iki şəxs mətbuata yalan məlumatlar verərək faktı təkzib etsələr də, polisə verdikləri ifadələrində hadisəni etiraf ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə