Astanada ”Müstəqilliyin 20 illiyi: KİV və cəmiyyət” adlı Media Forum keçirilir
21-22 noyabr tarixlərində "RİA Novosti"nin təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində Avropa və Asiya Mediasının növbəti forumu (AAMF-2011) keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Avropa və Asiyanın bir çox ölkələrindən 250-yə yaxın KİV rəhbərləri, aparıcı icmalçılar, siyasətçilər, bloqerlər, ekspertlər və analitiklər iştirak edir. Xüsusi qonaq qismində foruma kinorejissor Nikita Mixalkov dəvət olunub.
Ötən illər ərzində bu forumun iştirakçıları MDB, Baltik ölkələri və Gürcüstanın ictimai-siyası həyatını təmsil edən kifayət qədər məşhur çap və elektron nəşrlərin baş redaktorları və top-menecerləri, böyük teleradio şirkətlərin və internet portalların baş direktorları olublar.
Qeyd edək ki, "RİA Novosti" 2006-cı ildən etibarən postsovet ölkələrinin milli mediasına aid mütəmadi forumlar keçirir. Nəticə hər il keçirilən Avropa və Asiya media forumu postsovet məkanında presedenti olmayan press-tədbirə çevrilib.
"Müstəqilliyin 20 illiyi: KİV və cəmiyyət" devizi altında keçirilən AAMF-2011-in əsas mövzusu medianın informasiya texnologiyalarının sürətli inkişafı, müasir dünyanın onlar qarşısında qoyduğu şərtlər çərçivəsində fəaliyyətinin xüsusiyyətləri olacaq. Beynəlxalq iqtisadi birliklərin perspektivləri də həmçinin diqqət mərkəzində olacaq.
Forumun açılışında Rusiya və Qazaxıstan rəhbərliyinin nümayəndələri çıxış ediblər. Həmçinin Rusiya və Qazaxıstan prezidentləri Dmitri Medvedyev və Nursultan Nazarbayevin tədbir iştirakçılarına ünvanlanmış salamları da çatdırılıb.
AAMF-2011-in proqramına plenar və seksiya iclasları, dəyirmi stol və sessiyalar, o cümlədən yeni multimedia məhsullarının təqdimatı daxildir. Xüsusi sessiyalarda sosial şəbəkələrin izlənməsi, qeyri-stabil iqtisadiyyatda media sənayesinin fəaliyyəti, həmçinin intenetə dövlət nəzarətinin mediaya təsiri kimi sərt mövzular müzakirə olunacaq.
Bu ölkələrdəki siyasi proseslərin fərqliliyinə baxmayaraq AAMF-ın tolerantlıq ruhunda keçirilən ənənəvi müzakirələri postsovet məkanında keçmiş stereotiplərdən, asılılıqdan və qarşılıqlı qəbul etməməkdən azad olmuş yeni jurnalistik ab-hava yaradır.
Xatırladaq ki, Azərbaycanı bu forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin KİV-lə iş üzrə sektor müdiri Vüqar Əliyev, \"Səs\" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, \"Exo\" qəzetinin baş redaktoru Rauf Talışinski, "Trend" İA-nın baş direktoru İlqar Hüseynov, \"Zerkalo\" qəzetinin baş redaktorunun müavini Tofiq Abbasov, "Olaylar" informasiya agentliyinin baş direktoru Yunus Oğuz, "Novosti Azərbaycan" agentliyinin rəhbəri Gülnarə Məmmədzadə, "Ria Novosti"nin Bakı nümayəndəliyinin rəhbəri Əziz Əliyev, "Kaspiy" qəzetinin baş redaktorunun müavini Kənan Quluzadə, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev, Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri Sevil Nuriyeva təmsil edirlər.
AAMF-2011-in informasiya tərəfdaşları qismində "Mir" dövlətlərarası teleradio şirkət, Rusiya dövlət radio yayım şirkəti "Qolos Rossiyi", mediaholdinq "Nur media", respublika qəzeti "Kazaxskaya pravda", Respublika telekanalı "Xəbər", həmçinin "Kazinform" informasiya agentliyi çıxış edir.
Forumun coğrafiyası hər il genişlənir. Ötən il tədbir Kiyevdə keçirilmişdi. Ona kimi isə 4 il ardıcıl olaraq tədbir Moskvada baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB