Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistikanın bugünkü durumundan narahatdır
"Rupert Merdokun rəhbərlik etdiyi media-imperiyasına aid olan News of the World qəzetinin telefon danışıqlarını qanunsuz şəkildə izləməsinin aşkarlanması KİV sahəsindəki etibarsızlıq böhranına və keyfiyyətli jurnalistika ənənəsindən kənarlaşmaya sübutdur\". SİA-nın məlumatına görə, bu fikirləri Beynəlxalq Jurnalistlər Federasiyasının prezidenti Cim Bumella Astanada keçirilən Asiya və Avropa Mediasının Forumunda (AAMF) çıxışı zamanı deyib.
Qeyd edək ki, News of the World qəzetinin jurnalistləri nəinki məşhur insanların, o cümlədən cinayət və teraktların qurbanı olan sadə britaniyalıların telefon danışıqlarına qulaq asmaları bu qəzetin qalmaqalın mərkəzində olmasına səbəb olub. Nəticədə iyulun ortalarında qəzet bağlanıb. News Corp.-un rəhbəri Rupert Merdok və onun varisi, korporasiyanın müxtəlif strukturlarının rəhbəri Ceyms Merdok qalmaqalın qurbanlarından üzr istəyiblər, lakin bildiriblər ki, qəzetdə baş verənlərdən onların xəbəri olmayıb. Qalmaqalın araşdırılması zamanı 10-dan çox həbs həyata keçirilib. Bütün tutulanlar sorğu aparıldıqdan sonra zaminə buraxılıblar. İşin bir neçə əsas fiqurları isə işlərindən azad olunublar.
"Bu ona sübutdur ki, media-imperiya jurnalistika standartlarını aşağı salıb və bu onlar üçün sondur. Onlar jurnalistikanın ən sərt prinsiplərini sadələşdirib və onu sensasiya arxasınca qaçan və erotik məzmunlu jurnalistikaya çeviriblər. Jurnalist nəzarətsizliyinin fəsadları aradan qaldırılmalıdır", - deyə Bumella bildirib.
Beynəlxalq Jurnalistlər Federasiyasının prezidenti təəssüflə qeyd edib ki, gəlir əldə etməyin asan yolu jurnalistikanın etik normalarını pozur: "Biz KİV-i təmsil edən peşəkarlar birliyi israrla bildiririk ki, bu böhran KİV-in yeni formasının yaradılmasına yönəlmiş kollektiv fəaliyyət tələb edir ki, bu fəaliyyət gələcəkdə jurnalistika ilə bağlı baş verəcək hər bir hadisələrin keyfiyyətli jurnalistika ilə bağlı köklərə sahib olmasına dair inam yaradacaq".
Qeyd edək ki, forumda MDB, Baltik ölkələri, Gürcüstandan 250-yə yaxın media nümayəndəsi o cümlədən post sovet ölkələri media sənayesindən top-menecerlər, bloqerlər, ekspertlər və analitiklər iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB