Yeni rumıniyalı səfir Azərbaycana gəldi

Yeni rumıniyalı səfir Azərbaycana gəldi

Rumıniyanın Azərbaycandakı səfiri Daniil Kristian Çobanu Bakıya gəlib. SİA-nın məlumatına görə, səfir etimadnamələrini Azərbaycan prezidenti və xarici işlər nazirinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, D. Çobanu səlahiyyət müddəti bu ilin iyulunda başa çatan Nikolae Urekini əvəz edib. D. Çobanu bundan əvvəl Rumıniyanın NATO-dakı daimi nümayəndəliyində və ölkəsinin Rusiyadakı səfirliyində çalışıb. İngilis, rus və fransız dillərini bilir.


Bütün xəbərlər Facebook səhifəmizdə