Millət vəkili: “Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmək imkanı böyükdür”

Millət vəkili: “Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmək imkanı böyükdür”

"Azərbaycan Avropa üçün önəmli ölkədir. Son vaxtlar Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin ölkəmizə səfəri də bunu təsdiq edir". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü Fuad Muradov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə marağı daha da artırıb. Onun sözlərinə görə, Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eştonun ölkəmizə səfəri də bu faktorla bağlıdır: "Hesab edirəm ki, bu əməkdaşlıq çərçivəsində Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu təşkilatın təsir etmək imkanları böyükdür. Biz beynəlxalq siyasətdə öz fəallığımızı artırırıq və bir çox beynəlxalq təşkilatlarda mövqeyimiz güclənir. Ümumilikdə baxanda, beynəlxalq müstəvidə mövqelərin dəyişməsi Azərbaycanın xeyrinədir".

Bütün xəbərlər Facebook səhifəmizdə