Türkiyədə silahlı hücumda yaralanmış iranlıların vəziyyəti yaxşılaşır

Türkiyədə silahlı hücumda yaralanmış iranlıların vəziyyəti yaxşılaşır

Türkiyənin Van vilayətində silahlıların hücumuna məruz qalmış İrana məxsus avtobusda yaralanmış iranlı sərnişinlərin vəziyyəti yaxşılaşmaqdadır. Yerli mətbuat rəsmi mənbələrə istinadla yazır ki, başqa bir avtomobillə hərəkət edən silahlılar avtobusu saxlamağa cəhd göstəriblər. Lakin sürücünün onlara tabe olmadığını görən silahlılar avtobusu aramsız atəşə tutublar. Nəticədə altı nəfər sərnişin yaralanıb. Vəziyyəti nisbətən daha ağır olan iki yaralı sərnişin Vandakı dövlət xəstəxanasına yerləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə