Amerikalı politoloq U.Taubman: “Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir”

Amerikalı politoloq U.Taubman: “Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir”

Moskvada Karnegi Fondu və ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin birgə təşkilatçılığı ilə "Sovet İttifaqının süqutundan sonra milli münasibətlər" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda ABŞ və Rusiyadan olan ekspertlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və müasir tendensiyaları ilə bağlı mövqelərini bildiriblər.

Amerikalı politoloq və tarixçi alim Uilyam Taubman deyib ki, SSRİ-nin süqutuna səbəb olan amillərdən biri Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Mixail Qorbaçovun acizlik göstərməsi olub. O, münaqişəni güc tətbiq olunmadan sülh yolu ilə həll etmək istədi. M.Qorbaçov düşünürdü ki, ziyalıları bir araya gətirməklə iki sovet xalqının daxili resursları hesabına münaqişəni həll etmək mümkün olacaqdır. Ancaq o, sonra özü də etiraf etdi ki, münaqişəni həll edə bilmir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan U.Taubman Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu vurğulayıb. Politoloq qeyd edib ki, beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən Dağlıq Qarabağ ermənilərinin Ermənistana birləşmək istəyi separatizm hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə