Azərbaycan və Rusiyanın XİN rəsmiləri BMT TŞ-nin gündəliyindəki məsələləri müzakirə ediblər

Azərbaycan və Rusiyanın XİN rəsmiləri BMT TŞ-nin gündəliyindəki məsələləri müzakirə ediblər

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Gennadi Qatilov ilə görüşü baş tutub. SİA-nın xəbərinə görə, bu barədə məlumat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.

Məlumata görə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) 2012-2013-cü illər üzrə qeyri-daimi üzv qismində seçilməsi fonunda müzakirələr BMT TŞ-nin gündəliyində duran dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, ilk növbədə, Yaxın Şərq və Şimali Afrikada olmaqla ağır regional münaqişələrin nizamlanması məsələlərinə yönəlib.

Gennadi Qatilov və Araz Əzimov Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini nəzərə alaraq BMT Təhlükəsizlik Şurası çərçivəsində konstruktiv əməkdaşlıq etməyin vacibliyini önə çəkiblər.


Bütün xəbərlər Facebook səhifəmizdə