Ermənistan silahlı qüvvələri işğal altında olan ərazilərimizdə irimiqyaslı təlimlərə başlayıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan ordusu cəbhənin Ağdam rayonunun işğal altında yerləşən Uzundərə adlanan ərazisində irimiqyaslı hərbi təlimlərə başlayıb. Erməni hərbçiləri təlimlərdə quru qoşunlarının yüngül və ağır atıcı silahlarından, o cümlədən zirehli hərbi texnikalardan istifadə edirlər. Təlimlər zamanı eşidilən güclü partlayış səsləri cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrində açıq aşkar eşidilir. İki hissədən ibarət olan təlim saat 13:00-ə kimi davam edib. Təxminən bir saat fasilədən sonra yenidən keçirilən təlim saat 17:00-də başa çatıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB